Prezidentimizin Mesajı

Çox vaxt həyatı sorğulayarkən həyata bir məna verməkçün çalışırıq. Hər kəsin gözləntilərinə görə fərqli formalar ala bilən mənalar və mühakimələrə dəyər verərək insanların həyatı sorğuladığından daha çox həyatın insanları sorğuladığı həqiqətini unudur.

Bütöv və dərin bir şəkildə baxdığımız zaman, həyatın fövqəladə bir gözəllik və tarazlıqla davamlı bir yaradılış və dəyişikliklə davam etdiyini müşahidə edirik.

Elə bu səbəbdən yaradılış sisteminə davamlı əlavələr edən, yaratmaq, etmək və bu gününü yaşayaraq gələcəyi formalaşdırmaq məcburiyyətindəyik. Bu həyatın insana təqdim etdiklərinə qarşı həyata verə bilməsi lazım olan bir cavab, bir təşəkkürün təzahürüdür. Var ola bilməyi sahib olmaqla deyil, etməklə əlaqələndirən mənalı bir formadır.

Əslində bu, xoşbəxtliyi axtaran insanın daxili rahatlığı üçün oynamalı olduğu və hər hərəkətin sonunda izdiham qarşısında alqışlanmaq istədiyi bir həyat oyunu, həyat sənətidir.

Elə bu dəyərlər üçün də 1963-cü ildə qaçmaq üçün yaşamaq fəlsəfəsi ilə yola çıxdıq. Yarım əsirlik həyat oyununda bizlərə düşən rolda, həyat sənətimizi sizlərlə birlikdə mükəmməl bir şəkildə yerinə yetirir və həyata dəyər qatmağı vəzifəmiz və ən vacib vazkeçilməz əsas meyarı olaraq qəbul etdik və diqqətə aldıq.

Hər zaman dünya səviyyəsində düşünən, düşündüklərini həyata keçirən işçilərimizi həyat oyununda bir sənətçi, rol yoldaşı olaraq gördük və onlarla birlikdə olmağımızdan çox şərəf duyuruq.

Sənaye və təhsil sahəsində bugünə qədər etdiklərimizin həyata qatqısını görməkdən xoşbəxtik. Bugündən etibarən etdiyimiz strateji düşüncələrimiz və hərəkətlərimizlə bəşəriyyətin rifahı və sülhü üçün hədəflərimizi daima yüksəldərək gələcəyimizi formalaşdırmaq üçün çox həvəsli və həyəcanlı olacağımızı ifadə edirik,

Sevgi və hörmətlə

Hülya GEDİK