Qurucumuz

Türkiyənin ilk beynəlxalq qaynaq mühəndislərindən olan Halil Kaya GEDİK, bu gün Yıldız Texniki Üniversiteti olaraq tanınan 1953-cü ilin İstanbul Yıldız Texniki Məktəbinin Maşın Texnikliyi Kafedrasından məzun olmuşdur. Təhsilini Almaniyada Staatliche Universitat Konstantzda davam etdirən Halil Kaya GEDİK maşın mühəndisliyindən məzun olub, Alman Qaynaq Cəmiyyətinin (DVS), Beynəlxalq Qaynaq Mühəndisliyi Proqramını tamamlamışdır.

Almaniyadakı təhsili müddətində MAN fabrikinin müxtəlif şöbələrində işləmiş, 1957-ci ildə Türkiyəyə gəlmiş və peşəkar karyerasına Eskişehir Dövlət Dəmir Yolları Fabrikləri Qaynaq Qrupunda Başlamış, 1960-cı ildə isə Türkiyənin ilk yerli avtomobili olan “DEVRİM” layihəsində iştirak etmişdir.

1963-cü ildən etibarən özəl sektorda qaynaq sahəsindəki işlərinə davam etmiş və sırası ilə elektrod, töküm, klapan və qaynaq maşını fabriklərini qurmuşdur.Türkiyəni həssas töküm texnologiyası ilə tanış edən Halil Kaya Gedik, ölkəmizdə bu üsulla töküm edən ilk mexanizmi quran insandır

Türk Qaynaq sektorunun böyüyüb inkişaf etməsində aparıcı rol oynayan Halil Kaya Gedik, Qaynaq elmi və texnologiyasına dair çox sayda nəşr və tərcümə kitabına sahibdir. Beynəlxalq Qaynaq Mühəndisliyi təhsilini Türkiyədə geniş auditoriyaya çatdırmaq məqsədilə 1994-cü ildə Gedik Təhsil Təməli (GTT) qurmuşdur.

Müvəffəqiyyətli sənayeçi kimliyinə əlavə olaraq bir təhsil könüllüsü olaraq bir çox layihəyə imza atan Halil Kaya Gedik, göstərdiyi səylərə görə 2007-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən “Yüksək Xidmət Medalı” ilə təltif edilmişdir.

Türkiyədə sənaye-universitet iş birliyini gücləndirmək və ixtisaslı mühəndislərin hazırlanmasına töhfə vermək məqsədilə 2010-cu ildə İstanbul Gedik Universiteti yaradılmışdır.

Uşak Universitetinin Fəxri Doktoru adına layiq görülən Halil Kaya GEDİK, iş həyatında insana verdiyi dəyərlə komanda işinin vacibliyinə inanırdı. Hərkəsin əvvəlki günə nisbətən daha sürətli və çevik işləyərək özünü inkişaf etdirməsinin lazım olduğunu müdafiə edərək, bu prinsipləri və yorulmaq bilməyən təşəbbüskarlıqla texnologiya və məlumat baxımdan xarici asılılığı azaltmaq üçün, Ar-Ge əsaslı bir infrastruktur yaratmağı öz vəzifəsinə çevirdi.

Gedik Holdinq və İstanbul Gedik Universitetinin qurucusu, Türkiyənin İlk qaynaq mühəndislərindən Halil Kaya GEDİK, 14 avqust 2012-ci ildə, Çərşənbə axşamı günü vəfat etmişdir.

Gedik Holdinq hər gün qurucumuzun müəyyənləşdirdiyi və qurduğu prinsiplər üzərində yüksəlir və investisiyalarını bu istiqamətdə edir.